Bank Of Baku

Azərbaycan elektrik enerjisinin idxalını 89% artırıb

Azərbaycan elektrik enerjisinin idxalını 89% artırıb
# 15 avqust 2023 11:43 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycan 1 277,3 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 23,1% çoxdur.

Bu barədə “APA-Economics” Energetika Nazirliyindən təqdim olunan operativ məlumata istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə ölkə 1 037,7 mln. kVt-saat elektrik enerjisi ixrac edib.

Nazirlikdən verilən məlumata görə, hesabat dövründə Azərbaycan 157,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 88,7% çoxdur (2022-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstərici – 83,5 mln. kVt-saat).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR