Bank Of Baku

Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 8%-dək artırıb
# 14 fevral 2023 10:16 (UTC +04:00)

Yanvarda operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 7,8% artaraq 2 759,8 mln. kVt/saat təşkil edib.

APA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Yanvarda İES-lər üzrə 2 664,7 mln. kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 95,16 mln. kVt/saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda bildirilir.

Məlumata görə, hesabat dövründə ixrac 512,6 mln. kVt/saat, idxal isə 10,8 mln. kVt/saat səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR