Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 23 509,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,9% çoxdur.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 22 789,8 mln. kVt-saat təşkil edib (+8,3%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 21 494,8 mln. kVt-saat istilik (+7,9%), 1 162,9 mln. kVt-saat su elektrik (+18%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.