Bank Of Baku

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 16 dekabr 2022 12:24 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt-saat, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt-saat olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarda 623,3 mln. kVt-saat artaraq 24 404,9 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 339,4 mln. kVt-saat artaraq 1 532,8 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt-saat artaraq 322,6 mln. kVt-saat olub.

Qeyd olunub ki, 11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında 59,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR