Bank Of Baku

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 15 may 2023 11:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat səviyyəsində olub.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

“Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 6,5% artaraq 9 852,1 mln. kVt-saat, ixrac 1244,1 mln. kVt-saat, idxal isə 41,1 mln. kVt-saat olub”, - paylaşımda bildirilir.

Qüyd olunur ki, yanvar-aprel aylarında İES-lər üzrə 9 266,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 586 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR