Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 546,8 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 83,55% çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan 126,3 kVt-saat elektrik enerjisi idxal edib, bu da 10,4% azalma deməkdir.
Qeyd edək ki, ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt-saat, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt-saat olub.