Ötən il ərzində Azərbaycan 3 003,8 mln. kVt/saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 79,5% çoxdur.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ildə ölkə ümumilikdə 1 673,4 mln. kVt/saat elektrik enerjisi ixrac edib.
Məlumata görə, 2022-ci ildə Azərbaycan 137,1 mln. kVt/saat elektrik enerjisi idxal edib, bu da 9,6% azalma deməkdir.