Bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 4,7 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar ayına nisbətən 0,4% azalıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 2,9 mlrd. ton, əmtəəlik təbii qaz hasilatı isə 3,2 mlrd. kubmetr təşkil edib.
Qeyd edilir ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,1% azalıb, əmtəəlik qaz hasilatı isə 18,3% artıb.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda 2 899,5 min ton neft (-5,9%) və 4 061,5 mln. kubmetr qaz (+12,8%) qaz hasil edilib.