Bank Of Baku

Azərbaycan əmtəəlik qazın hasilatını 10%-dək artırıb

Azərbaycan əmtəəlik qazın hasilatını 10%-dək artırıb
# 17 oktyabr 2022 11:25 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 48,6 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 1,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 24 424,5 min ton, əmtəəlik təbii qaz hasilatı isə 25 681,2 mln. kub metr təşkil etmişdir.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 9,8% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 24 493,4 min ton neft və 34 402,6 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,3% azalma və 8,5% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR