Bank Of Baku

Azərbaycan enerji tənzimlənməsi sahəsində Rumıniyanın təcrübəsinin öyrənir

Azərbaycan enerji tənzimlənməsi sahəsində Rumıniyanın təcrübəsinin öyrənir
# 19 iyun 2019 18:35 (UTC +04:00)

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərliyi etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdədir.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 21-dək davam edəcək səfərin əsas məqsədi Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübəsinin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlil edilməsidir.

Səfər zamanı nümayəndə heyəti Rumıniyanın yerli enerji təminatçısı OPCOM operatoru, elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan “Transelectrica” şirkəti, rumın enerji tənzimləyicisi ANRE (“National Regulatory Authority for Energy”) və digər qurumlarla ikitərəfli görüşlər keçirib.

Səfər çərçivəsində AERA nümayəndə heyətinin Rumıniyanın müvafiq sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla görüşlər keçirməsi, Rumıniyanın elektrik enerjisinin topdansatış bazarı modeli, təşkilati strukturların çalışma mexanizmləri, bazar operatorlarının fəaliyyəti, beynəlxalq səviyyədə əməkdaşlıq platformaları, texniki qaydalar, şəbəkənin inkişaf planları və digər məsələlərlə bağlı yerli təcrübənin öyrənilməsi, yerli ekspertlərlə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR