Bank Of Baku

Azərbaycan fevralda "OPEC+" öhdəliyini 118% yerinə yetirib

Azərbaycan fevralda "OPEC+" öhdəliyini 118% yerinə yetirib
# 16 mart 2022 16:08 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib.

Beləliklə, Azərbaycan fevralda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 118% yerinə yetirib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olması nəzərdə tutulurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR