Bank Of Baku

Azərbaycan İranla "Xudafərin", "Qız Qalası" və "Ordubad" SES-ləri ilə bağlı müzakirə aparıb

Azərbaycan İranla "Xudafərin", "Qız Qalası" və "Ordubad" SES-ləri ilə bağlı müzakirə aparıb
# 23 oktyabr 2024 12:53 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov İranın energetika naziri Abbas Aliabadi ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə P.Şahbazov özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Çində İranın energetika naziri Abbas Aliabadi ilə enerji əməkdaşlığımızın gündəliyində birgə layihələrlə bağlı səmərəli görüşümüz oldu. "Xudafərin" SES, "Qız Qalası" SES, "Ordubad" SES və Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihələrinin icrasından irəli gələn məsələləri, elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR