Azərbaycan IRENA Assambleyasının 14-cü sessiyasında iştirak edəcək

Azərbaycan IRENA Assambleyasının 14-cü sessiyasında iştirak edəcək
# 15 aprel 2024 12:15 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Energetika Nazirliyindən “APA-Econoics”ə verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək Dayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyasında iştirak edəcək.

Energetika nazirinin Yaşıl Hidrogen Sammiti çərçivəsində “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” adlı nazirlər panelində məruzəçi qismində iştirakı, IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində isə IRENA Fəaliyyət Koalisiyasının “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqunda və “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusu üzrə yüksək səviyyəli plenar sessiyada çıxışı nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR