Azərbaycan istixana qazı ilə bağlı hədəflərindən geridə qalır

Azərbaycan istixana qazı ilə bağlı hədəflərindən geridə qalır
# 29 noyabr 2023 15:47 (UTC +04:00)

Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaqla proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.

Hesabatda bildirilib ki, milli səviyyədə müəyyənləşdirilən töhfələrə nail olmaq üçün bərpa olunan enerji 2030-cu ilədək enerji istehsalının təqribən 20 faiz, 2050-ci ilədək isə 40 faizini təşkil etməlidir: “Azərbaycanın emissiyalarla bağlı 2030-cu il və 2030-cu ilədək enerji istehsalının 30 faizini bərpa olunan enerji mənbələri hesabına təmin etmək hədəfi 2030-cu ilədək təmiz enerjiyə illik investisiya qoyuluşlarının sürətli şəkildə - hər il təqribən 0.8-1.0 milyard ABŞ dolları dəyərində artırılmasını tələb edəcək”.

“Yüksək məbləğlərdə illik investisiyalar 2050-ci ilədək Azərbaycanda enerji sektorunun demək olar ki, bütünlüklə karbonsuzlaşması və iqtisadiyyatın digər qollarının da karbonsuzlaşmasına gətirib çıxaracaq”, - deyə hesabatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR