Bank Of Baku

Azərbaycan iyulda “OPEC+” kvotasından 185 min barel geri qalıb

Azərbaycan iyulda “OPEC+” kvotasından 185 min barel geri qalıb
# 16 avqust 2023 12:52 (UTC +04:00)

Bu ilin iyul ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunun 499 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd etmək lazımdır ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 185 min barel geridə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR