2019-cu ilin yanvar-iyul ayları ərzində, magistral qaz kəmərləri ilə 15999,6 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5811,8 milyon kub-metr qaz ötürülüb.