Bu ilin mart ayında respublikada gündəlik neft hasilatı 605 min barel olub 2024-cü ilin mart ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan həcmin 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 70 min barel geridə qalıb.