Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
Beləliklə, Azərbaycan martda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 116,5% yerinə yetirib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barel həcmində olması nəzərdə tutulurdu.