Bank Of Baku

Azərbaycan maye qaz ixracını kəskin azaldıb

Azərbaycan maye qaz ixracını kəskin azaldıb
# 15 dekabr 2023 15:55 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 47,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 91,1% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır.

Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR