Azərbaycan maye qazın ixracını kəskin azaldıb

Azərbaycan maye qazın ixracını kəskin azaldıb
# 19 aprel 2022 12:21 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 287,9 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 65,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 2 538,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 10,9% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR