Bank Of Baku

Azərbaycan metanol istehsalını 7 dəfə artırıb

Azərbaycan metanol istehsalını 7 dəfə artırıb
# 20 iyun 2019 10:58 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 430,4 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 16,8% kimya sənayesində 30,4%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 32,8% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövrü əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 89,1%, propilen istehsalı 72,3%, etilen istehsalı 18,7%, yod istehsalı 9,6%, polietilen istehsalı 0,8% artıb.

Kimya sənayesi məhsullarının istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-may aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kub m

9 511,3

91,7

ondan əmtəəlik

452,8

34,4

Yod, ton

78,7

109,6

Oksigen, min kub m

1 421,4

65,1

ondan əmtəəlik

1 392,8

66,4

Propilen, min ton

44,9

172,3

ondan əmtəəlik

44,8

2,3 dəfə

Polietilen, min ton

49,6

100,8

Etilen, min ton

60

118,7

Metanol (metil spirti), min ton

145,1

7,2 dəfə

Lak-boya məmulatları, ton

9 005,1

189,1

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

8 623,4

140,6

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR