Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 688 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycanda traktor istehsalı 26,2% azalaraq 886 ədəd təşkil edib.
Məlumata əsasən, bu ilin 9 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.