Bank Of Baku

Azərbaycan neft emalını 5%-dən çox artırıb

Azərbaycan neft emalını 5%-dən çox artırıb
# 13 dekabr 2023 14:36 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 6 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 5,3% çoxdur.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 5,7 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR