Bank Of Baku

Azərbaycan neft emalını 8%-dək artırıb

Azərbaycan neft emalını 8%-dək artırıb
# 12 sentyabr 2023 14:38 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 4,2 mln. ton neft emal edilib, bu da illik müqayisədə 7,7% çoxdur.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanda 3,9 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR