Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 342 156,08 min ABŞ dolları dəyərində 515 535,43 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31,8%, həcmi isə 2,1 dəfəyə yaxın azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.