Bu ilin yanvar-avqust aylarında Azərbaycan 466 752,15 min ABŞ dolları dəyərində 617 360,36 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, həcmi isə 40,7% çox olub.
Qeyd edək ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Xatırladaq ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.