Bank Of Baku

Azərbaycan nefti ötən həftə 3% bahalaşıb

Azərbaycan nefti ötən həftə 3% bahalaşıb
# 04 sentyabr 2023 09:53 (UTC +04:00)

Ötən həftə ərzində (28 avqust – 1 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,618 dollar və ya 2,96% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 93,5 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 89,21 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR