Bu həftə (4-8 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 120,42 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,054 dollar və ya 3,26% azdır.
"APA-Economics" xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 128,8 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 114,61 dollar səviyyəsində olub.