Bank Of Baku

Azərbaycan neftinin orta qiyməti ötən ay 14% artıb

Azərbaycan neftinin orta qiyməti ötən ay 14% artıb
# 01 fevral 2022 10:21 (UTC +04:00)

Bu ilin yanvar ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 89,4 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2021-ci ilin yanvar ayının eyni göstəricisi ilə müqayisədə 33,83 dollar və ya 60,9% çoxdur.

2021-ci ilin dekabr ayı ilə müqayisədə isə bu ilin yanvarında Azərbaycan neftinin 1 barelinin orta qiyməti 13,2 dollar (və ya 17,3%) artıb.

Ötən ay ən yüksək göstərici (yanvarın – 28-i) 94,66 dollar təşkil edib, ən minimal göstərici isə (yanvarın 4-ü) 82,49 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 14,2% və ya 11,71 dollar artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR