Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı enib

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı enib
# 03 oktyabr 2023 09:18 (UTC +04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,34 dollar və ya 2,33% azalaraq 97,77 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR