Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
# 20 aprel 2024 10:43 (UTC +04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,4% və ya 0,31 ABŞ dolları artaraq 88.82 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün "Azeri Light" 88,51 dollara ticarət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR