Azərbaycan neftinin qiyməti yenidən 93 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 93 dolları ötüb
# 17 aprel 2024 09:51 (UTC +04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,1% və ya 1 ABŞ dolları artaraq 93,06 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün "Azeri Light" 92,06 dollara ticarət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR