Bank Of Baku

Azərbaycan noyabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib

Azərbaycan noyabrda "OPEC+" öhdəliyini 109% yerinə yetirib
# 13 dekabr 2021 16:11 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə hasil edilən karbohidrogenlərin 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.

Beləliklə, Azərbaycan "OPEC+" çərçivəsində noyabr ayında öhdəliyini təxminən 109% yerinə yetirib.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR