Bank Of Baku

Azərbaycan noyabrda qızıl istehsalını 19%-dən çox artırıb

Azərbaycan noyabrda qızıl istehsalını 19%-dən çox artırıb
# 15 dekabr 2021 15:55 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 196,9 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə noyabr ayında 320,1 kq qızıl istehsal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 19,1% çoxdur.

Hesabat dövründə ölkədə 4 700,1 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artıb. Təkcə noyabr ayında 742,1 kq gümüş hasil olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 65,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR