Bank Of Baku

Azərbaycan oktyabrda “OPEC+” kvotasından 194 min barel geri qalıb - PROQNOZ

Azərbaycan oktyabrda “OPEC+” kvotasından 194 min barel geri qalıb - PROQNOZ
# 14 noyabr 2023 15:02 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 490 min barel səviyyəsində olub.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyi aylıq hesabatına istinadən verir.

Agentliyin qiymətləndirməsinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatı 490 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 194 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 193 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR