Ötən il ərzində Azərbaycandan 28,1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 287 min ton, yəni 1% azdır.
"APA-Economics"in Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə ixraca nəql edilən neftin 26,8 mln. tonu Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft yataqlarında hasil edilən neftin və "Şahdəniz" yatağında istehsal edilən kondensatın payına düşüb.
Məlumata görə, ixrac edilən qalan 1,3 mln. ton SOCAR tərəfindən öz gücünə istehsal olunan neftin (kondensatla birlikdə) payına düşüb.