Ötən il Azərbaycan 195 181,68 min ABŞ dolları dəyərində 74 502,4 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azalıb, həcmi isə 9,14% artıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,83% təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. 2022-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib.