2021-ci ildə Avropaya ixrac edilmiş 8,2 mlrd.m3 qaz həcmlərinə cari ilin 9 ayı ərzində nail olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.
Bildirib ki, yanvar-sentyabr aylarında Avropaya 8,3 mlrd.m3 qaz tədarük edilib. Türkiyəyə 6,1 mlrd.m3, Gürcüstana isə 1,9 mlrd.m3 qaz ixrac olunub.
Bu dövrdə qaz ixracı 22,6% artıb.