Azərbaycan ötən il metanolun istehsalını 40%-dən çox artırıb - CƏDVƏL

Azərbaycan ötən il metanolun istehsalını 40%-dən çox artırıb - CƏDVƏL
# 19 yanvar 2023 14:08 (UTC +04:00)

Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 329,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci illə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalında 7,3%, kimya sənayesi məhsullarının istehsalında 4,9% artım, əczaçılıq məhsullarının istehsalında isə 5,2% azalma müşahidə olunub.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 62,4%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 41,4%, lak-boya məmulatlarının istehsalı isə 20,5% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2022-ci il

2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %

Azot, min kubmetr

23 406,8

104,1

ondan əmtəəlik

1 554,2

2,1 dəfə

Yod, ton

194,7

116,2

Oksigen, min kubmetr

5 488,1

56,8

ondan əmtəəlik

5 192,1

54

Propilen, min ton

134,3

91,7

ondan əmtəəlik

128,7

93,9

Polietilen, min ton

134,7

81,8

Etilen, min ton

139,8

83

Metanol (metil spirti), min ton

534,5

141,4

Lak-boya məmulatları, ton

33 759,1

120,5

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

61 344,3

146,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR