Bank Of Baku

Azərbaycan ötən il neft məhsullarının ixracını 20% artırıb

Azərbaycan ötən il neft məhsullarının ixracını 20% artırıb
# 18 yanvar 2024 16:48 (UTC +04:00)

Ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib.

Qeyd edək ki, 2022-ci ildə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR