Bank Of Baku

Azərbaycan qaz ixracını 7,5% artırıb

Azərbaycan qaz ixracını 7,5% artırıb
# 12 iyul 2023 09:37 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 7,5% çoxdur.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Qeyd olunur ki, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu küçüri (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.

“Yanvar-iyun aylarında qaz ixracı 7,5% artıb. Avropaya 5,7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2,8 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR