Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək
# 04 mart 2024 12:47 (UTC +04:00)

Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək. İclasda ölkəmizi komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

APA xəbər verir ki, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan tərəfdən Komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR