Bank Of Baku

Azərbaycan qazın ixracını 9% artırıb

Azərbaycan qazın ixracını 9% artırıb
# 12 sentyabr 2023 10:13 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan qaz ixracı 9% artıb.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Yanvar-avqust aylarında qaz ixracı 9% artıb. Avropaya 7.6 mlrd. m3, Türkiyəyə 6.7 mlrd. m3, Gürcüstana isə 1,5 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3,8 mlrd. m3 qazla təchiz edib”, - paylaşımda qeyd olunur.

Məlumata görə, hesabat dövründə Azərbaycanda cəmi 15,8 mlrd. kubmetr qaz ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR