Bank Of Baku

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiya və bir sıra Avropa ölkəsindən irəlidədir

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiya və bir sıra Avropa ölkəsindən irəlidədir
# 04 noyabr 2023 16:29 (UTC +04:00)

Rusiyada qazlaşdırmanın səviyyəsi 70%-dən çoxdur, qonşu şimal ölkələrində isə bu göstərici 3% təşkil edir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Hətta 20 il əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 53% idisə, bu gün biz 73% səviyyəsinə çatmışıq və prezident 2030-cu ildə 83% səviyyəsinə çatmaq vəzifəsini qoyub, bu, maksimum həddir”, - Aleksand Novak qeyd edib.

Onun sözlərinə görə, böyük Avropa ölkələrində qazlaşdırma daha aşağı səviyyədədir, məsələn, Almaniyada - 47%, Fransada - 38%, İspaniyada - 32%.

“Bilirsiniz, hətta Norveç, İsveç kimi şimal ölkələri ilə də müqayisə etmək olar, orada qazlaşma 3% təşkil edir”, - baş nazirin müavini vurğulayıb.

Onu da əlavə etmək lazımdır ki, Azərbaycanda qazlaşma səviyyəsi 96,3% təşkil edir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı 23,3 faiz bəndi qabaqlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR