Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərın "Nebras Power" şirkəti ilə Qətərlə enerji əməkdaşlığı barəsində müzakirələr aparıb.
"APA-Economics"in məlumatına görə, nazir öz "Twitter" hesabında bildirib ki, şirkətlə birgə planlara Qətər ilə Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı üçün imkanlar yaratmaq və enerji sektoruna investisiyalar cəlb edilməsi daxildir.