Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 720,9 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,9% çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 1 719,1 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,4% artıb.
Metal filizlərinin hasilatı:
Məhsul növləri |
2019-cu ilin yanvar-iyun aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Mis filizləri və konsentratları, ton |
962,1 |
163,6 |
Qiymətli metal filizləri və konsentratları, kq |
3 440 |
114,4 |
o cümlədən: qızıl |
1 720,9 |
108,9 |
gümüş |
1 719,1 |
120,4 |