Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabian ilə üçtərəfli formatda görüşüb.
"APA-Economics"in məlumatına görə, bu barədə P. Şahbazov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, görüşdə Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair məsələləri müzakirə olunub.