Bank Of Baku

Azərbaycan su elektrik stansiyaları istehsalı 38% artırıb

Azərbaycan su elektrik stansiyaları istehsalı 38% artırıb
# 17 oktyabr 2022 11:33 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 251 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 4,8% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi hesabat dövründə 19 578,3 mln. kVt-saat təşkil edib (+4,5%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 18 120,2 mln. kVt-saat istilik (+2,8%), 1 375,9 mln. kVt-saat su elektrik (+38%) stansiyaların payına düşüb.

Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR