Bank Of Baku

Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər

Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
# 11 sentyabr 2026 13:11 (UTC +04:00)

Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanı əhatə edən Yaşıl Elektrik Ötürülməsi və Ticarəti Layihəsinin növbəti mərhələyə keçirilməsi planlaşdırılır.

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir layihəni uzunmüddətli regional enerji əməkdaşlığı baxımından strateji addım kimi qiymətləndirib.

“Bu mühüm layihəni yalnız elektrik enerjisinin ötürülməsi layihəsi kimi deyil, qarşılıqlı faydaya əsaslanan uzunmüddətli regional enerji əməkdaşlığının təməlini formalaşdıran strateji addım kimi görürük”, – Bayraktar bildirib.

Onun sözlərinə görə, tərəflər layihəni mümkün qədər qısa müddətdə növbəti mərhələyə keçirmək niyyətindədir. Bayraktar qeyd edib ki, COP31 çərçivəsində layihə ilə bağlı mühüm sənədin, o cümlədən hökumətlərarası sazişin imzalanması nəzərdən keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR