Bank Of Baku

Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolunun imzalanması mərasimi keçirilib - FOTO

Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolunun imzalanması mərasimi keçirilib - FOTO
# 29 sentyabr 2023 12:26 (UTC +04:00)

Naxçıvan Biznes Mərkəzində Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolunun imzalanması mərasimi keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, protokolu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.

Forumda “Azərenerji” ASC-nin prezidenti Vüqar Şahmuradov və TEİAŞ-ın baş direktoru Orhan Kaldırım tərəfindən Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşlıqlı Əlaqə” (Enterkonneksiyon) layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsinin imzalanması, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və A-Z Czech Engineering MMC-nin Baş icraçı direktoru Milan Pavliçek arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və A-Z Czech Engineering MMC arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə baş icraçı direktoru Selin Güven tərəfindən isə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və ACWA Power şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanması mərasimi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR